10:20 24-11-2020
news_image
94
FUTBOL

İki cəzalı – Premyer Liqada

Azərbaycan Premyer Liqasında 2 futbolçu XI turu buraxacaq.

Apasport.az saytının məlumatına görə, “Sumqayıt” Xəyal Nəcəfovu, “Zirə” Lazar Corceviçi itirib.

Hər iki futbolçu X turun matçlarından sonra cəzalı duruma düşüb. Lazar “Keşlə”yə qarşı matçda (3:1) xəbərdarlıq alıb. Bu, onun mövsümdə 4-cü sarı vərəqəsi olub. Legioner növbəti turun “Neftçi” ilə matçında iştirak etməyəcək.

“Qarabağ”la oyunda (1:6) sarı vərəqə alan Xəyal da 4-cü dəfə xəbərdarlıq alıb. O, XI turun “Qəbələ” ilə ev görüşünü buraxacaq.