
10:39
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Vilyarreal” daha bir itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, İspaniya klubunun kapitanı Mario Qaspar sıradan çıxıb.
La Liqanın X turunda “Real”la matçın son dəqiqələrində zədələnərək əvəzlənən sağ cinah müdafiəçisi məşqdə də yüngül xəsarət alıb. Oyunçunun durumu hələlik qeyri-müəyyəndir. 30 yaşlı futbolçunun noyabrın 26-da Avropa Liqasının IV turu çərçivəsində İsrail “Makkabi”si (Təl-Əviv) ilə qarşılaşmada iştirakı sual altındadır.
Qeyd edək ki, “Vilyarreal”ın hücumçusu Pako Alkaser zədə səbəbindən “Real”la görüşü buraxıb.