11:36 24-11-2020
news_image
103
FUTBOL

Oyunçularını dəyişir – “Real”la “İnter”

İspaniyanın “Real” və İtaliyanın “İnter” klubu futbolçularını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, İsko ilə Kristian Eriksenin əks istiqamətə yollanmaq variantı yaranıb.

Dəyişikliyin baş tutması üçün klublar arasında ilkin danışıq olub. Hər iki klub yarımmüdafiəçisinə 60-70 milyon avro qiymət qoyduğundan, dəyişikliyin təzminat ödəmədən həlli planlaşdırılır.

Qeyd edək ki, “Real” İskonu, “İnter” də Erikseni qış fasiləsində yola salmaq üçün transferə çıxarıb.