14:53 24-11-2020
news_image
92
FUTBOL

“Əllə oyuna görə yekun qərar hakimin öhdəsindədir” - İFAB

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) bəyanat yayıb.

Apasport.az saytının məlumatına görə, qurum daim müzakirələr mövzusuna çevrilən bəzi futbol qaydalarına aydınlıq gətirib.

İFAB əllə oyun qaydalarına toxunub: “Bu vəziyyətlərlə bağlı interpretasiyanın həmişə ardıcıllıqla olmadığını nəzərə alaraq, İFAB növbəti aydınlatmanı verir. Bir daha qeyd edirik ki, yekun qərar hakimin öhdəsindədir və əllə, ovucla hər toxunuş qayda pozuntusu deyil. Əl bədənin bir parçası və daha kiçikdir. Hakimlər əlin vəziyyətini oyunçunun hərəkətinə əsasən dəyərləndirməlidir”.

Qurum ofsayd barədə də fikir bildirib: “İFAB oyunun daha dinamik və maraqlı olmaq variantlarını araşdırır. Qərara alınıb ki, qaydanı dəyişmək təklifindən öncə geniş sınaqlar tələb olunacaq. İFAB həm də VAR sisteminin son yeniliklərindən xəbərdardır ki, bu da hakimlərə daha çox videoyardım etmək imkanları verir”.