15:14 24-11-2020
news_image
103
FUTBOL

“Zirə” və “Sumqayıt”ı cərimələdi - AFFA

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının X turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.

“Qarabağ”la görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Sumqayıt” 800 manat cərimələnib. “Keşlə”yə qarşı matçda 4 üzvü xəbərdarlıq alan “Zirə”nin də cəzası eyni olub.