16:53 24-11-2020
news_image
114
FUTBOL

Daha bir yeni müqavilə - “Mançester Siti”də

İngiltərənin “Mançester Siti” klubu daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, Kevin De Bruynedən sonra hücumçu Rahim Sterlinq də sözləşmə müddətini uzadıb.

“Şəhərlilər” bu anlaşmanı ilin sonuna qədər rəsmən açıqlayacaq. Uzunmüddətli müqaviləyə qol çəkən 25 yaşlı forvard komanda yoldaşı De Bruyne qədər – həftəyə 350 min funt-sterlinq qazanacaq. Bu isə İngiltərədə ən yüksək məvacibdir.

Qeyd edək ki, “Mançester Siti” bu günlərdə baş məşqçi Pep Qvardiola ilə də yeni 2 illik müqavilə bağlayıb.