23:03 24-11-2020
news_image
112
FUTBOL

Karyerasını bitirir – Karlos Tevez

Argentina futbolunun canlı əfsanələrindən Karlos Tevez karyerasını bitirməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, “Boka Xuniors”un hücumçusu tezliklə futboldan ayrılacağını etiraf edib.

36 yaşlı forvard Libertadores Kubokundakı çıxışdan sonra bu addımı atacaq. Onun komandası 1/8 final mərhələsində Braziliyanın “İnternasional” klubu ilə qarşılaşacaq. İlk oyun sabah, cavab görüşü isə dekabrın 2-də olacaq.

Qeyd edək ki, Karlos Tevez karyerası ərzində Avropada “Mançester Yunayted”, “Mançester Siti” və “Yuventus” kimi nəhəng klubların formasını geyinib. O, Argentina yığmasının heyətində keçirdiyi 76 matçda 13 qol vurub.