23:52 24-11-2020
news_image
148
FUTBOL

Çempionlar Liqasının ən erkən qolu – klub tarixində

Çempionlar Liqasının qrup mərhələsində Rusiyada “Krasnodar”ın qonağı olan İspaniya klubu “Sevilya” erkən qolla hesabı açıb.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi 3 dəqiqə 52-ci saniyədə qarşılaşmada ilk qola imza atıb.

Həmin qolun müəllifi olan xorvatiyalı yarımmüdafiəçi İvan Rakitiç üçün bu, əlamətdar hadisə olub. O, bu turnirdə əndəlüslülərin klub tarixinin ən erkən topunun müəllifi olmağı bacarıb.

Qeyd edək ki, “Krasnodar” – “Sevilya” görüşü qonaqların qələbəsi ilə başa çatıb - 2:1.