01:15 25-11-2020
news_image
154
FUTBOL

Oturacağına əyləşə bilmədiyi üçün heyətdən çıxarıldı – ÇL matçında

Çempionlar Liqasının qrup mərhələsində Dortmund “Borussiya”sı ilə qarşılaşan “Brügge”nin düşərgəsində qeyri-adi hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, Belçika klubunun futbolçusu Emmanuel Dennis oyun üçün stadiona yollanarkən avtobusda sevimli oturacağında əyləşmədiyi üçün heyətdən uzaqlaşdırılıb.

Bunu baş məşqçi Filipp Kleman da təsdiqləyib. Məsələ burasındadır ki, nigeriyalı hücumçu UEFA-nın koronavirus əleyhinə protokolunda verilən oturma qaydaları səbəbindən klub avtobusunda həmişəki oturacağında əyləşə bilməyib. 27 yaşlı forvard buna qəzəblənərək problem çıxardığından, baş məşqçi onu avtobusdan qovub və oyuna aparmayıb. “Brügge” rəhbərliyi bu hərəkətinə görə, Dennisi cərimələyəcək.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən matçda “Borussiya” 2:0 hesabı ilə öndədir.