10:18 25-11-2020
news_image
124
FUTBOL

İstanbulda arzusu – “Qarabağ”ın

Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Qarabağ” sabah növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Avropa Liqasının IV turunda Türkiyə təmsilçisi “Sivasspor”la görüşəcək.

Qurban Qurbanovun yetirmələri ev oyununu İstanbulda keçirəcək. Bu, Azərbaycan klublarının noyabrın 26-da keçirdiyi 3-cü avrokubok sınağı olacaq.

İndiyədək təmsilçilərimiz yalnız 2015-ci ilin eyni tarixində meydana çıxıb. Avropa Liqasının qrupunda iki komandamız gücünü sınayıb.

“Qarabağ” evdə “Tottenhem” (İngiltərə) qarşısında aciz qalıb – 0:1. PAOK-un  (Yunanıstan) qonağı olan “Qəbələ” qolsuz heç-heçəyə nail olub - 0:0. Hər iki komandamız günü qolsuz başa vurub. “Qarabağ” bu həsrətə son qoyub ilk qolu vurmağa çalışacaq.