11:27 25-11-2020
news_image
117
FUTBOL

Əlamətdar oyun – Emreli üçün

Avropa Liqasının IV turunun “Sivasspor”la ev oyunu “Qarabağ”ın futbolçusu Mahir Emreli üçün əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, hücumçu avrokuboklarda 50-ci matçını keçirəcək.

Yubiley İstanbuldakı “Başakşəhər” stadionunda gerçəkləşəcək. Bunun üçün Mahir Sivas təmsilçisi ilə görüşdə meydana çıxmalıdır.

O, bütün avrokubok matçlarını bir klubun – “Qarabağ”ın heyətində keçirib. Emrelinin aktivində 5 qol var.

Forvard 2016-cı il iyulun 12-də Çempionla Liqasının “Düdelanj”la (Lüksemburq) ev matçında avrokuboklarda debüt edib. Həmin matçda “Qarabağ” 2 cavabsız qolla qələbə qazanıb.

Qeyd edək ki, Mahir 49 avrokubok matçında 5 sarı vərəqə alıb. 33 dəfə start heyətində meydana çıxan və bunların 19-da əvəzolunmadan mübarizə aparan hücumçu 16 görüşdə sonradan meydana girib.