12:49 25-11-2020
news_image
107
FUTBOL

39 yaşında “Qızıl top”a sahib çıxdı – 12-ci dəfə

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç növbəti titulunu qazanıb.

Apasport.az saytının məlumatına görə, veteran hücumçu İsveçdə ilin futbolçusu seçilib.

39 yaşlı forvard İsveçdə “Qızıl top”a 12-ci dəfə yiyələnib. İlk dəfə 2005-ci ildə bu mükafata sahib çıxan Zlatan 2007-16-cı illərdə ardıcıl 10 dəfə bu uğura imza atıb.

Qeyd edək ki, İsveçdə ilin futbolçusu mükafatı 1946-cı ildən təqdim olunur.