13:36 25-11-2020
news_image
171
FUTBOL

“Qızıl top”u 50 yaşında da qazanmağı planlaşdırıram” - Zlatan İbrahimoviç

“Adətən azarkeşlərin 12-ci oyunçu olduğunu deyirlər. Bu da mənim 12-ci “Qızıl top”umdur”. 

Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç deyib.

12-ci dəfə İsveçin ən yaxşı futbolçusu seçilərək “Qızıl top” alan 39 yaşlı forvard bu uğuruna münasibət bildirib. Növbəti dəfə qeyri-adi açıqlama verən Zlatan 50 yaşında da eyni mükafat qazanmaq iddiasını ortaya qoyub: “Bir sözlə, o da azarkeşlər üçün olsun. Təəssüf ki, onlara stadionlara gəlmək və futboldan zövq almağa icazə verilmir. Onlarsız boşluqdur. Azarkeşlər stadionlara buraxılana qədər futbol oynayacağam. Karyeramı boş tribunalar önündə bitirə bilmərəm. 39 yaşım var və “Qızıl top” qazandım. Bu mükafatı 50 yaşında da qazanmağı planlaşdırıram”.

Qeyd edək ki, İbrahimoviç 2005 və 2007-16-cı illərdə də “Qızıl top”a yiyələnib.