
17:58
İtaliyanın “Napoli” klubu ciddi maliyyə problemi yaşayır.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi futbolçuların və əməkdaşların maaşlarını ödəmir.
Bildirilir ki, neapollular mövsüm başlayandan heç kimə əməkhaqqı ödəməyib. Məhz bu səbəbdən komanda daxilində gərginlik yaşanır. Hətta bəzi oyunçular baş məşqçi Cennaro Qattuzonun tapşırıqlarına məhəl qoymurlar.
Qeyd edək ki, “Napoli” 8 turda topladığı 14 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb.