17:56 25-11-2020
news_image
116
FUTBOL

“Qarabağ”la görüşdə qələbə qazanacağımıza inanıram” - Kone

“Qrupdan çıxmaq üçün qələbəyə ehtiyacımız var”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Sivasspor” klubunun futbolçusu Aruna Kone deyib.

Fil Dişi Sahilidən olan 37 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”la keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.

Veteran forvard heyətdə ciddi itkilərin olduğunu söyləyib: “Çətin dönəmdən keçirik. Heyətimiz kasaddır, ancaq əlimizdən gələnin ən yaxşısını edəcəyik. “Qarabağ”la görüşə hazırıq. Bu oyunda qələbə qazanacağımıza inanıram. Qrupda ən çox qol vuran komandalardan biri kimi meydana özünəinamlı şəkildə çıxacağıq. Eyni zamanda, “Vilyarreal”ın Təl-Əviv “Makkabi”sini məğlub etməsini gözləyəcəyik”.

Qeyd edək ki, sabah “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.