21:19 25-11-2020
news_image
107
FUTBOL

Argentinada üç günlük matəm - Dieqo Maradonanın ölümü ilə əlaqədar

Argentinada üç günlük milli matəm elan olunub.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Argentina hökuməti verib.

Buna səbəb dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümüdür. Argentina millisi, “Napoli” və “Barselona” kimi bir sıra klublarda oynamış əfsanə bu gün 60 yaşında ürək dayanmasından vəfat edib.

Qeyd edək ki, “Ximnasiya və Esqrima”nı çalışdıran Maradona noyabrın 3-də yerləşdirildiyi xəstəxanada əməliyyat olunduqdan sonra ayın 11-də buraxılıb. Xəstəxanadan sonra onu alkoqoldan asılılıqdan müalicə klinikasına yerləşdiriblər.