21:44 25-11-2020
news_image
213
FUTBOL

“Onunla göylərdə yenidən futbol oynayacağıq” – Pele Maradona haqda

Futbol kralı Pele əfsanəvi Dieqo Maradonanın ölümünə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, braziliyalı veteran futbol tarixinin ən yaxşı oyunçusu adına şəriki sayılan argentinalının ölümünə üzüldüyünü açıqlayıb.

Pele Maradona ilə yenidən qarşılaşacağını qeyd edib: “Dostları belə itirmək kədərlidir. Bir dəfə onunla göylərdə yenidən futbol oynayacağıq”.