22:49 25-11-2020
news_image
148
FUTBOL

“Əvəzolunmaz sehrbaz çox tez getdi” - Ronaldo

“Bu gün mən dostumla, dünya isə əbədi dahi ilə vidalaşır. Tarixin ən yaxşılarından biri ilə”.

Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldo tvitter səhifəsində yazıb.

O, futbol əfsanəsi Dieqo Maradonanın ölümünə münasibət bildirib: “Əvəzolunmaz sehrbaz. O, çox tez getdi. Amma sərhədsiz irs və boşluq qoydu. Bu boşluğu heç kim aradan qaldırmayacaq. Dahi, rahat yat. Sən heç vaxt unudulmayacaqsan”.