00:20 26-11-2020
news_image
177
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbovdan qələbə - 1/4 finalda

Onlayn şahmat üzrə “Skillinq open” turnirində pley-off mərhələsi start götürüb.

Apasport.az saytının məlumatına görə, 16 şahmatçının dairəvi sistemlə mübarizəsindən sonra ən yaxşı 8 iştirakçı 1/4 finalda qüvvəsini sınayır.

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Uesli So ilə ilk matçı vaxtından əvvəl başa vurub. Şahmatçımız 4 partiyadan ibarət olması nəzərdə tutulan görüşdə 2,5:0,5 hesablı qələbə əldə edib. Təmsilçimiz ABŞ-dan olan rəqibi ilə 4 partiyadan ibarət daha bir matç keçirəcək.

Qeyd edək ki, ikinci matç və zərurət yaransa taybrek noyabrın 26-da baş tutacaq.