01:30 26-11-2020
news_image
103
FUTBOL

“Öz həyatınla nə etdiyinin əhəmiyyəti yoxdur...” – Qvardiola pankartı xatırladı

“İlk düşündüyüm Serxio Aqueroya dəstək olmaqdır. Axı Dieqo onun oğlunun babasıdır”.

Apasport.az saytının məlumatına görə, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib.

İspaniyalı mütəxəssis 60 yaşında vəfat edən futbol əfsanəsi Dieqo Maradonanın ölümünə münasibət bildirib. O, parlaq futbol karyerası və qalmaqallı həyat tərzi sürən argentinalıya həsr olunan pankartı xatırlayıb: “Bir dəfə Argentinada belə yazısı olan pankart gördüm: “Öz həyatınla nə etdiyinin əhəmiyyəti yoxdur. Vacib olan bizimki üçün etdiyindir”. Futbol tarixində inanılmaz səviyyədə futbolçular çox olmayıb. Maradona da onların sırasındadır. Mənimlə eyni nəsil üçün DÇ-1986 və onun iştirak etdiyi digər turnirlər idmanı daha da gözəl edirdi. “Mançester Siti” onun ailəsinə başsağlığı verir”.