11:19 26-11-2020
news_image
211
FUTBOL

Kim güclüdür: “Qarabağ”, yoxsa “Sivasspor”?

Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) - “Sivasspor” (Türkiyə) oyununun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları ev oyununu Türkiyənin İstanbul şəhərində keçirəcək Azərbaycan çempionunu daha şanslı sayırlar. 

Bu gün “Başakşəhər” Fatih Terim Stadionunda baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 2,76, məğlubiyyəti 2,77 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,42 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.