11:39 26-11-2020
news_image
187
FUTBOL

“Qarabağ”la oyunun “11-liy”i müəyyənləşdi – “Sivasspor”da

Avropa Liqasının IV turunda bu gün “Qarabağ”la qarşılaşacaq Türkiyə klubu “Sivasspor”un təxmini “11-liy”i müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “igidlər”in baş məşqçisi Rıza Çalımbay sərəncamında olan 15 oyunçu arasından seçim edəcək.

Təcrübəli mütəxəssisin meydana buraxacağı start heyəti artıq bəlli olub. 4-3-3 taktiki sxemində çıxış edəcək sivaslıların heyətində 8 legioner çıxış edəcək.

Qapıçı: Mamadu Samassa
Müdafiəçilər: Uğur Çiftçi, Samba Kamara, Marselo Qoyano, Caner Osmanpaşa
Yarımmüdafiəçilər: İsak Kofi, Klaudemir, Robin Yalçın
Hücumçular: Yasin Öztəkin, Aruna Kone, Maks Qradel

Qeyd edək ki, İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.