12:00 26-11-2020
news_image
132
FUTBOL

Maradonanın adını daşıyacaq – liqa kuboku

Argentina Futbol Assosiasiyası vəfat edən Dieqo Maradonanın adını əbədiləşdirib.

Apasport.az saytının məlumatına görə, qurum futbol əfsanəsinin adını yaşatmaq üçün ilk addımını atıb.

Verilən qərara əsasən, bundan sonra Argentina Liqa Kubokunun adı Dieqo Armando Maradona Kuboku kimi yazılacaq.

Qeyd edək ki, Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib.