13:36 26-11-2020
news_image
274
FUTBOL

Vida mərasimində 1 milyon insanın iştirakı gözlənilir - Maradonanın

Əfsanəvi futbolçu Dieqo Maradona ilə vida mərasimi Argentina prezidentinin rəsmi iqamətgahında baş tutacaq.

Apasport.az saytının məlumatına görə, tədbirdə böyük kütlə olacaq.

Mərasimdə təxminən 1 milyon insanın iştirakı gözlənilir və hazırda təşkilati məsələlər nəzərdən keçirilir. Mərasim mərhumun ailəsi ilə artıq razılaşdırılıb. Dieqonun cənazəsi artıq prezident sarayına aparılıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də evində vəfat edib.