15:15 26-11-2020
news_image
231
FUTBOL

Ronaldonun rekordunu yenilədi – Noyer

Almaniyanın “Bavariya” klubunun kapitanı Manuel Noyer ardıcıl qələbə rekordu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, ulduz qapıçı Çempionlar Liqasının (ÇL) qrup mərhələsində “Zalsburq”la (Avstriya) qarşılaşmada buna nail olub.

Komandasının 3:1 hesabı ilə qalib gəldiyi görüş Noyerin ÇL-də ardıcıl 15-ci qələbəsi olub. Bununla o, İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldonun rekordunu qırıb. Portuqaliyalı superulduz 2013/14 və 2014/15 mövsümlərində İspaniya “Real”ında olarkən ardıcıl 14 qələbəyə sevinib.

Qeyd edək ki, qrupda keçirdiyi 4 oyunun hamısında qələbə qazanan “Bavariya” 1/8 final mərhələsinə vəsiqəni təmin edib.