15:49 26-11-2020
news_image
124
FUTBOL

“Onun bildiyini çoxdan bilirəm” – Mourinyo

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo “Liverpul”dakı həmkarı Yurgen Kloppun Premyer Liqanın təqvimi ilə bağlı şikayətlərinə reaksiya verib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis Kloppun iradlarını təbii qarşıladığını bildirib.

Mourinyo artıq belə gərgin qrafikə uyğunlaşmalı olduqları qənaətindədir: “Klopp Premyer Liqaya 2015-ci ildə gəlib. Mən isə 2004-cü ildə. Bir sözlə, onun 2015-ci ildən bildiklərini mən çoxdan, 2004-cü ildən bilirəm. Heç nə də dəyişmir. Biz buna uyğunlaşmalıyıq. Nə varsa, elə odur”.