16:36 26-11-2020
news_image
260
FUTBOL

Qəzaya uğradı – “Arsenal”ın futbolçusu

İngiltərənin “Arsenal” klubunun futbolçusu Co Uillok qəzaya uğrayıb.

Apasport.az saytının məlumatına görə, hadisə 21 yaşlı yarımmüdafiəçi məşqə gedərkən baş verib.

Futbolçu yüksək sürətlə sürdüyü Mercedes-Benz G-Class avtomobilinin idarəetməsini itirib. Arxadan gələn avtomobilin sürücüsü Uillokun maşından çıxmasına kömək edib. Avtomobilə ciddi ziyan dəysə də, ingiltərəli oyunçu xəsarət almayıb.

Qeyd edək ki, Co Uillok bu mövsüm bütün turnirlərdə ümumilikdə 6 oyunda meydana çıxıb.