23:58 26-11-2020
news_image
125
FUTBOL

Hesabda əksini tapmayan oyun - STATİSTİKA

Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” (Azərbaycan) - “Sivasspor” (Türkiyə) matçının statistikası açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, UEFA İ qrupunun IV turunun görüşünün statistik göstəricilərini hesablayıb.

Rəqibini İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda qəbul edən Azərbaycan çempionu, demək olar ki, bütün komponentlərdə rəqibini üstələyib. “Sivasspor”un yalnız vurulan qol sayı təmsilçimizdən çox olub ki, bu da türkiyəlilərin qələbəsinə kifayət edib.

“Qarabağ” (Azərbaycan) - “Sivasspor” (Türkiyə)
Qollar
– 2:3
Zərbələr – 11:10
Çərçivəyə zərbələr – 3:6
Çərçivəyə düşməyən zərbələr – 5:2
Bloklanan zərbələr – 3:2
Künc zərbələri – 4:6
Oyundankənar vəziyyət – 0:4
Topa sahibolma faizi – 55:45
Ötürmələrin dəqiqlik faizi – 87:77
Ötürmələr – 493:388
Dəqiq ötürmələr – 428:299
Sarı vərəqələr – 2:3
Qırmızı vərəqələr – 0:0
Qayda pozuntuları –11:15