00:37 27-11-2020
news_image
98
FUTBOL

“Qarabağ”la oyuna yaxşı hazırlaşmışdıq” - Uğur Çiftçi

“Oyunun çətin keçəcəyini bilirdik, yaxşı hazırlaşmışdıq”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Sivasspor” klubunun futbolçusu sol cinah müdafiəçisi Uğur Çiftçi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.

28 yaşlı futbolçu “Başakşəhər Fatih Terim” stadionundakı görüşdən sonra yerli mətbuata fikirlərini bildirib: “Matçın gedişində sürəti artırdıq. İnşallah, qarşıdakı oyunlarda da qələbə qazanaraq yolumuza davam edərik. Çatışmazlıqlarımız var idi. Ancaq meydana çıxan futbolçular yüksək səviyyədə çıxış etdilər. Hazırda kollektivlə birgə olmayan komanda yoldaşlarımız da döndüyü zaman daha güclü olacağıq”.

Qeyd edək ki, “Qarabağ” üzərində 3:2 hesablı qələbə qazanan “Sivasspor” xallarının sayını 6-ya çatdırıb.