01:12 27-11-2020
news_image
122
FUTBOL

Avrokuboklarda yubiley oyununa çıxdı – “Qarabağ”ın hücumçusu

Avropa Liqasının IV turunun “Sivasspor”la ev oyunu “Qarabağ”ın futbolçusu Mahir Emreli üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, hücumçu avrokuboklarda 50-ci matçına çıxıb.

Yubiley İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda gerçəkləşib. Meydana start heyətində çıxan 23 yaşlı oyunçu sona qədər əvəzlənməyib. “Qarabağ”ın 2:3 hesablı məğlubiyyətinə mane ola bilməyən Mahir bütün avrokubok matçlarını bir klubun – “Qarabağ”ın heyətində keçirib. Bu gün fərqlənə bilməyən Emrelinin aktivində cəmi 5 qol var.

Qeyd edək ki, Mahir Emreli 2016-cı il iyulun 12-də Çempionlar Liqasının “Düdelanj”la (Lüksemburq) ev matçında avrokuboklarda debüt edib. Həmin matçda “Qarabağ” 2 cavabsız qolla qələbə qazanıb.