00:51 27-11-2020
news_image
98
FUTBOL

“Örnək olmalıyam” – “Qarabağ”ın rəqibi

“Komandanın, demək olar ki, yarısı bu gün yox idi”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Sivasspor” klubunun hücumçusu Aruna Kone Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyundan sonra deyib.

Fil Dişi Sahilidən olan forvard İstanbuldakı qarşılaşmada 2 qol vuraraq, komandasının 3:2 hesablı qələbəsində böyük pay sahibi olub.

37 yaşlı oyunçu dubl etdiyi üçün sevincli olduğunu söyləyib: “Mən təcrübəli futbolçuyam, özümdən kiçiklərə örnək olmalıyam. Çatışmazlıqlardan şikayət etmək əvəzinə komanda yoldaşlarımla birlikdə bir şeylər göstərməli idik. Bu gün 2 qol vurduğum üçün xoşbəxtəm”.