09:01 27-11-2020
news_image
98
FUTBOL

Həftənin oyunçusu adına 4 namizəd - Avropa Liqasında

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA V turun ən yaxşı 4 futbolçusunu müəyyənləşdirib.

Bunlar Nikolas Pepe (“Arsenal”), Karlos Vinicius (“Tottenhem”), Kerem Demirbay (“Bayer”) və Kody Qakpodur (PSV). Həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə bu futbolçular arasında seçiləcək.