10:19 27-11-2020
news_image
123
FUTBOL

“Qarabağ”a Niderlanddan şərik – UEFA reytinqində

Klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, avrokubokların qrup mərhələsinin IV turundan sonra cədvəldə bəzi dəyişikliklər olub.

Çempionlar Liqasında 16, Avropa Liqasında 24 matçdan sonra
Avropanın ən yaxşı 100 komandası sırasında Azərbaycanın yalnız bir təmsilçisi yer alıb. “Qarabağ” 21,000 xalla Avropanın 65-cisi adına şərikdir.

Türkiyədə keçirdiyi ev oyununda “Sivasspor”a 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri bu matçadək 65-66-cı yerləri bölüşürdüsə, artıq ağdamlılara daha bir şərik çıxıb. Bu, Niderlandın “Feyenoord” klubudur.  Rotterdamlılar “Qarabağ”la “Styaua”ya (Rumıniya) çatıb.

Qeyd edək ki, reytinqə 124,000 xala malik Almaniya “Bavariya”sı başçılıq edir.