12:18 27-11-2020
news_image
186
FUTBOL

“Sumqayıt” – “Qəbələ” oyunu təxirə salındı - koronavirus səbəbindən

Azərbaycan Premyer Liqasında daha bir oyun təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, XI turun sabah keçirilməli olan “Sumqayıt” – “Qəbələ” oyunu baş tutmayacaq. 

Buna səbəb koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçməsidir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək.