13:07 27-11-2020
news_image
138
FUTBOL

“Qarabağ”a qarşı oynamayacaq – “Makkabi”nin müdafiəçisi

İsrailin “Makkabi” klubu Azərbaycan çempionu “Qarabağ”la oyuna itki ilə çıxacaq.

Apasport.az saytının məlumatına görə, Təl-Əviv təmsilçisi Enrik Saboritin xidmətindən məhrum olub.

28 yaşlı ispaniyalı müdafiəçi cəzalı duruma düşüb. O, Avropa Liqasının qrup mərhələsinin V turunun “Qarabağ”la səfər matçını buraxacaq. 

Buna IV turun “Vilyarreal”la ev oyununda (1:1) qırmızı vərəqə alması səbəb olub. 89-cu dəqiqədə meydanı tərk edən Saborit “Başakşəhər” Fatih Terim stadionunda baş tutacaq görüşdə komandasına kömək etməyəcək.