16:01 27-11-2020
news_image
155
FUTBOL

İngiltərəyə qayıda bilmədi – “Arsenal”

İngiltərənin “Arsenal” klubu Avropa Liqasının qrup mərhələsində “Molde” ilə Norveçdə keçirilən oyundan sonra Londona qayıda bilməyib.

Apasport.az saytının məlumatına görə, buna səbəb hava şəraitinin əlverişli olmamasıdır.

Dünən baş tutan qarşılaşmanın ardından “topçular” Londona yollanmalı idilər. Lakin İngiltərədə havanın dumanlı olması ucbatından uçuş ləğv edilib və komanda otelə qayıdaraq, gecəni Norveçdə keçirib. “Kanonirlər”in bu gün vətənə dönməsi planlaşdırılır.

Qeyd edək ki, “Molde” üzərində 3:0 hesablı qələbə qazanan “Arsenal” 1/16 final mərhələsinə vəsiqəni təmin edib.