16:09 27-11-2020
news_image
183
FUTBOL

Paytaxt klubları mərkəzi oyunda - 2 matç təhlükədə

Sabah Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, turun iki gün ərzində keçirilməsi planlaşdırılan dörd oyunundan üçünün baş tutacağı tarix bəllidir.

Turun açılış matçı olan “Sumqayıt” – “Qəbələ” qarşılaşması koronavirus pandemiyası üzündən qeyri-müəyyən müddətə təxirə salınıb. Buna səbəb bəzi futbolçuların yenidən testdən keçməli olmasıdır. Görüşün nəzərdə tutulduğundan iki gün sonra – noyabrın 30-da keçirilməsi istisna edilmir. Analoji hadisə ötən turda da yaşanmışdı və “Sabah” – “Səbail” qarşılaşması iki gün sonra təşkil olunmuşdu.

Qarşılaşmalardan biri təxirə salındığından sabah yalnız bir matç oynanılacaq. Turun mərkəzi qarşılaşmasında ilk “üçlük”də yer alan “Zirə” və “Neftçi” üz-üzə gələcək. Meydan sahibi olacaq sonuncuların çalışdırıcısı Samir Abasov sabiq komandasına qarşı duelə çıxacaq. Qalib gələcək komanda ən azı bir günlük turnir cədvəlinin liderinə çevriləcək.

İkinci oyun günündə daha bir paytaxt derbisi təşkil olunacaq. Turnir cədvəlində qonşu olan “Keşlə” və “Sabah” qarşılaşacaq. Hər iki komanda ilk “dördlük”dən uzaqlaşmamaq üçün qalib gəlməyə çalışacaq.

Tura “Səbail” və “Qarabağ” arasında matçla yekun vurulmalıdır. Lakin ilk dövrədəki matçı təxirə salınan komandaların görüşü yenə təhlükədədir. Buna səbəb hər iki komandanın heyətində koronavirusa yoluxan oyunçuların olmasıdır. Oyun baş tutsa, son üç oyunda rəqiblərinə 6 qol vuran “Qarabağ” liderlik mövqeyini qorumaq üçün qələbə seriyasını davam etməlidir. “Səbail” isə texniki nəticə nəzərə alınmasa, tarixində xal almadığı rəqibi büdrətməyə köklənib.

Qeyd edək ki, növbəti turun oyunları dekabrın 5-6-da keçiriləcək.

Azərbaycan Premyer Liqası 
XI tur
28 noyabr (şənbə)
14:00. “Sumqayıt” – “Qəbələ” – təxirə salınıb

“Kapital Bank Arena”

16:00. “Neftçi” – “Zirə”
“Bakcell Arena”

29 noyabr (bazar)
14:00. “Keşlə” – “Sabah”

“ASK Arena”
 
16:00. “Səbail” – “Qarabağ”
“ASCO Arena”

1

Qarabağ

9

5

3

1

26-6

18

2

Zirə

10

5

3

2

12-9

18

3

Neftçi

10

5

2

3

11-13

17

4

Sumqayıt

10

4

3

3

13-15

15

5

Keşlə

10

3

3

4

11-15

12

6

Sabah

10

3

0

7

10-13

9

7

Səbail

9

2

3

4

10-12

9

8

Qəbələ

10

1

5

4

8-18

8

Bombardirlər: Əli Qurbani ("Sumqayıt"), Filip Ozobiç, Mahir Emreli (hər ikisi "Qarabağ"), Namiq Ələsgərov ("Neftçi") - 6 qol.