17:46 27-11-2020
news_image
164
FUTBOL

Təyinatlar açıqlandı - Premyer Liqanın 1 oyununa

Azərbaycan Premyer Liqasında XI turun ilk təyinatı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, "Neftçi" - "Zirə" oyunu üçün bütün təyinatlar müəyyənləşib.

Sabahkı matçın hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi bəlli olub. Oyunu Vüqar Həsənli idarə edəcək.

Azərbaycan Premyer Liqası
XI tur
28 noyabr (şənbə)
16:00. “Neftçi” –“ Zirə”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”