17:56 27-11-2020
news_image
259
FUTBOL

“Dieqo yaşamaq istəmirdi” – Maradonanın meneceri

“Dieqonun ölümü ilə bağlı istintaq başladıldı”.

Apasport.az saytının məlumatına görə, bunu vəfat edən əfsanəvi futbolçu Dieqo Maradonanın meneceri Stefano Çeçi deyib.

Agent 60 yaşında ölən Maradonanın son vaxtlar rahat yaşamadığını söyləyib: “O həmişə tək idi - insanlar yalnız Maradonanı düşünürdülər. Artıq 17 yaşında Dieqo olmağı dayandırdı. Bir insan kimi onunla işləmək çox çətin idi. Çünki kövrək, qeyri-müəyyənliklə dolu və təvazökar idi. 20 illik böyük xatirələrim var. Son vaxtlar həm fiziki, həm də zehni olaraq boşluqlar verirdi. Düşünürəm ki, yoruldu və ölməsinə icazə verdi. Artıq yaşamaq istəmirdi. Dieqonu əhatə edən ailə xaosu, onun əsla rahatlığını hiss etməyəcəyi mənasını verirdi. Artıq öldüyü üçün bir-birlərinin saçlarını yolmağa davam edirlər. Dieqo heç olmasa indi ən çox sevdiklərinin - valideynlərinin yanındadır və sakitdir”.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından evində vəfat edib.