11:32 28-11-2020
news_image
97
FUTBOL

Yeni müqavilə bağlayır - Son

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Son Xın Min uzun müddət komandasında qalmaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, cənubi koreyalı yarımmüdafiəçi londonlularla yeni müqavilə bağlayacaq.

28 yaşlı hücumameyilli oyunçu rəhbərliyin yeni sözləşmə təklifini müsbət cavablandırıb. Bununla həm də Sonun məvacibi yaxşılaşdırılacaq. Onun hazırkı müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Son Xın Min bu mövsüm 14 oyunda 11 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.