12:09 28-11-2020
news_image
92
FUTBOL

Duşda zədələndi - əfsanəvi futbolçunun oğlu

Niderlandın “Breda” klubunun futbolçusu Sidney van Hoydonk kuryoz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, 20 yaşlı hücumçu duşda zədə alıb.

İkinci divizionda “Oss”la oyunöncəsi gənc futbolçu duş alarkən şüşə qapı çırpılaraq örtülüb. Sidney qapını qıraraq çıxa bilsə də, ayağı ciddi şəkildə kəsilib. Bu səbəbdən o, komandasının qolsuz bərabərliklə nəticələnən dünənki matçını buraxıb.

Qeyd edək ki, Sidney Niderlandın əfsanəvi futbolçusu Pyerr van Hoydonkun oğludur.