12:44 28-11-2020
news_image
157
FUTBOL

Messiyə daha bir təklif – İngiltərədən

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, İngiltərənin digər təmsilçisi “Çelsi” argentinalı superulduzu heyətinə qatmaq fikrinə düşüb.

“Zadəganlar” 33 yaşlı oyunçu uğrunda Premyer Liqanın digər klubu “Mançester Siti” ilə mübarizə aparmalı olacaq. “Çelsi” rəhbərliyi “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Leo ilə tezliklə danışıq aparmaq niyyətindədir.

Qeyd edək ki, Lionel Messi bu yay “Mançester Siti” ilə 5 illik müqaviləni razılaşdırsa da, müqaviləsindəki maddə səbəbindən daha bir il “Barselona”da qalmalı olub.