13:11 28-11-2020
news_image
116
FUTBOL

Göndərəcəyi ilk futbolçunu müəyyənləşdirdi - “Qarabağ”ın rəqibi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən İspaniya klubu “Vilyarreal” yollarını ayıracağı ilk futbolçunu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi yarımmüdafiəçi Takefusa Kubo ilə vidalaşmağa hazırlaşır.

Müqavilə ilə “Real”a məxsus olan futbolçu oyun praktikası toplaması üçün “Vilyarreal”a icarəyə verilsə də, burada əsas heyətə düşə bilmir. Bu səbəbdən “Real” onu qış fasiləsində başqa kluba icarəyə verməyi düşünür. Həmçinin “Vilyarreal” rəhbərliyi də hücumameyilli oyunçunun mövsümün sonuna qədər olan icarə müqaviləsini yanvarda pozmağa razıdır.

Qeyd edək ki, İspaniyanın bir neçə klubunun diqqət mərkəzində olan Takefusa Kubonun “Betis”ə keçidi daha real görünür.