14:09 28-11-2020
news_image
79
FUTBOL

“Mançester Siti”nin qışda transferi olmayacaq – Qvardiola açıqladı

İngiltərənin “Mançester Siti” klubu qış fasiləsində transfer etməyəcək.

Apasport.az saytının məlumatına görə, bunu “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola deyib.

O bildirib ki, klub qış transfer dönəmində oyunçu keçidləri üçün pul xərcləməyəcək: “Bütün titullar uğrunda mübarizə aparacaq fantastik komandam var. Mövcud oyunçulardan razıyam və əlavə heç kim alınmayacaq”.

Qeyd edək ki, daha əvvəl “Mançester Siti”nin İspaniya təmsilçisi “Barselona”nın kapitanı Lionel Messini yanvarda transfer etməyə çalışacağı bildirilmişdi.