18:14 28-11-2020
news_image
109
FUTBOL

“Yaxşı müdafiə olunduq” – Rəşad Sadıqov

“Samir Abasovu təyinatı münasibətilə təbrik edirəm. Onunla birlikdə futbol oynamışıq, həm də məşqçilik kurslarına qatılmışıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XI turunda “Neftçi” ilə keçirilən oyundan sonra deyib.

“Bakcell Arena”dakı qarşılaşmada qolsuz bərabərə qalan qəsəbə təmsilçisi turnir cədvəlində liderliyə yüksəlib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında gənc mütəxəssis yaxşı müdafiə olunduqlarını söyləyib: “Maraqlı oyun alındı, qol epizodları çox deyildi. Rəqib topa nəzarət edirdi, biz müdafiə olunurduq. Bəzən əksinə olurdu. Son 10-15 dəqiqədə “Neftçi” üstün oldu. Bilirdik ki, rəqib qələbə qazanmaq istəyəcək. Komanda olaraq yaxşı müdafiə olunduq”.