18:15 28-11-2020
news_image
165
FUTBOL

“Alınmadı” – Samir Abasov

“Həyəcanlı oyun keçdi. Hər saniyədə matçın taleyi həll oluna bilərdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XI turunda “Zirə” ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

Öz meydanında rəqibi ilə qolsuz bərabərə qalan “ağ-qaralar” liderliyə yüksəlmək şansını əldən verib

Oyunsonrası mətbuat konfransında Abasov getdikcə daha yaxşı çıxış edəcəklərini bildirib: “Hər iki komanda uduzmamaq üçün meydana çıxmışdı. Qol imkanlarımız az oldu. Daha da artırıb, yaxşı komanda görəcəyik. Rəqib həddindən artıq sıx və qol buraxmamaq üçün oynadı. Bu vəziyyətdə onların qapısına getmək çətin idi. Qələbə üçün hər şeyi etdik. Düzdür, bəzi şeylər alınmadı. Bu, futboldur".