18:57 28-11-2020
news_image
106
FUTBOL

1 dəqiqə meydanda oldu - millimizin futbolçusu

Almaniya Bundesliqa II-də IX turun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Aue” səfər matçına çıxıb.

Autsayderlər zonasında qərarlaşan “Sandhauzen”in qonağı olan adıçəkilən komanda hesabda geri düşməsinə baxmayaraq, hər hissədə 2 qol vuraraq əzmkar qələbə qazanıb – 4:1. Görüşə yenə ehtiyatdan başlayan Nazarov yalnız 90-cı dəqiqədə meydana daxil olub.

Bu qələbə sayəsində xallarının sayını 15-ə çatdıran “Aue” turnir cədvəlində 4-cü pilləyə yüksəlib.