00:00 29-11-2020
news_image
157
FUTBOL

La Liqada 200-cü oyun – quru seriyada rekord

İspaniya çempionatının XI turunda “Valensiya”nın qonağı olan “Atletiko” 1:0 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, bu, Madrid klubunun qapıçısı Yan Oblakın La Liqada 200-cü matçı olub.

27 yaşlı qolkiper bunların 112-də qapısını toxunulmaz saxlamağı bacarıb ki, bu da yeni rekorddur. “Atletiko”nun formasını geyinən qapıçılar arasında yalnız Abel Resino La Liqada 200 oyun səddinə çata bilib. O, meydana çıxdığı 243 görüşün 94-də quru seriyaya nail olub.

Qeyd edək ki, ölkə çempionatında ardıcıl 6-cı qələbəsini qazanan “Atletiko”nun məğlubiyyətsiz oyunlar seriyası 25-ə yüksəlib.