
22:34
İngiltərə Premyer Liqasının X turunda “Lids”i qəbul edən “Everton” meydanı məğlub tərk edib – 0:1.
Apasport.az saytının məlumatına görə, bununla 30 illik həsrətə son qoyulub.
Premyer Liqanın debütantı buna qədər sonuncu dəfə 1990/91 mövsümünün ilk turunda “Everton” üzərində səfər qələbəsi qazanıb. Həmin vaxt avqustun 25-də baş tutan qarşılaşmada liverpullular 2:3 hesabı ilə uduzublar.
Bugünkü görüşdə “Lids”ə qələbə qazandıran qolun müəllifi olan braziliyalı Rafael bu komandanın heyətində qol hesabını açıb.