12:35 29-11-2020
news_image
81
FUTBOL

“Sumqayıt”a qarşı oynamayacaq – “Zirə”nin yarımmüdafiəçisi

“Zirə” itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Elvin Camalovun xidmətindən məhrum olub.

Buna səbəb yarımmüdafiəçinin cəzalı duruma düşməsidir. O, mövsümdə 4-cü sarı vərəqəsini “Neftçi” ilə XI turun matçında alıb.

Bu üzdən Camalov növbəti turu buraxacaq. Onun komandası dekabrın 6-da “Sumqayıt”la üz-üzə gələcək.